Azərbaycanda doğmalarının həyatına son qoyan sürücülərin qorxunc STATİSTİKASI
Respublika və paytaxt ərazisində sürücülərin yol hərəkəti qaydalarına ciddi əməl etməsi ilə bağlı aparılan təbliğata baxmayaraq 2022-ci il ərzində ölkədə baş verən yol-nəqliyyat hadisələri təhlil edilən zaman təəssüf doğuran statistik rəqəmlər ortaya çıxır.
Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin Redaktor.az-a verdiyi məlumata görə, 2022-ci ildə yol verilən qayda pozuntuları zaman baş verən qəzalarda 17 sürücü öz həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü isə qızının ölümünə səbəb olub.
"Əlbəttə, heç bir yol nəqliyyat hadisəsi bilərəkdən və istəyərəkdən törədilmir, lakin məsuliyyətsizlik, intizamsızlıq səbəbindən baş verir. Bütün bu hadisələrin hüquqi məsuliyyətindən daha ağırı isə doğmalarını itirənlərin ömür boyu çəkdiyi vicdan əzabıdır. Belə bir halların yaşanmaması üçün hər kəs yol hərəkəti qaydalarına ciddi riayət etməlidir",- deyə şəbə rəisi əlavə edib.