Qax sakini dərmandan zəhərləndi

 10:20 10.03.2023     365

Qaxda 34 yaşlı kişi dərmandan zəhərlənib.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, rayonun Armudlu kənd sakini, 1989-cu il təvəllüdlü Elşən Məzahir oğlu Kərimov zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı E. Kərimovun dərmandan zəhərləndiyi məlum olub. E. Kərimovun müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.