Bakıda marketdən 11 min manatlıq oğurluq edən şəxs saxlanıldı

 11:28 10.03.2023     613

Bakıda marketdən 11 200 manatlıq oğurluq olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11 200 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Fizuli Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.