FHN əməkdaşı həkim səhlənkarlığı nəticəsində öldü
Qəbələdə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb regional idarəsinin əməkdaşı qəflətən vəfat edib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, FHN-in Şimal-qərb regional idarəsinin Mülkü müdafiə idarəsinin rəisi, 1977-ci il təvəllüdlü Mehdiyev Eldəniz Firudin oğlu qəfil dünyasını dəyişib.
Məlumata görə, o, işdən kənarda, müalicə məqsədilə vurulan iynədən sonra keçinib. İlkin ehtimala görə, Eldəniz Mehdiyev həkim səhlənkarlığı nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.