Bakıdakı atışmaya görə saxlanılan var - YENİLƏNİB
Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı saxlanılan var.
DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
***
Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub.
Bu barədə Redaktor.az-a DİN-dən bildirilib. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.
***
Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Əlavə məlumat veriləcək.
Məlumata görə, xəsarət alanlardan biri tələbədir (apa).
***
Bakıda atışma olub.
Redaktor.az xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.
Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırma aparılır.