Bakıdakı atışmanın görüntüləri yayıldı - VİDEO
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.
Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”,- məlumatda deyilir.
Bu arada, baş verən silahlı insidentlə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Həmin görüntülərdən birini təqdim edirik: