Atışmada yaralanan gənc tələbə imiş
Bakıda silahlı insident zamanı yaralanan şəxslərdən biri tələbədir.
Redaktor.az xəbər verir ki, Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb.
"Adıçəkilən tələbə 08:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri saat 12:00-da bitdikdən sonra universitetdən çıxıb", - deyə ATU-dan bildirilib.
Qeyd edək ki, bu gün Bakının Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıblar.