Bakıda insanları güllələyənin kimliyi bilindi
Hadisə nəticəsində yaralananların təsadüfən oradan keçdiyi deyilir.
Redaktor.az xəbər verir ki, bu barədə Globalinfo.az-a məlumat daxil olub.
İddia edilib ki, hadisədə yaralananlardan biri kuryerdir, digər ikisi isə o ərazidə olublar.
“Cinayəti törədən kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsdir”, – bildirilib.
Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.
Hələ ki, hadisəni törədən şəxsin kimliyi barədə rəsmi məlumat yoxdur.