Ağcabədidə avtomobil piyadanı vuraraq öldürdü

 10:03 11.03.2023     385

Ağcabədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Redaktor.az-ın məlumatına görə, hadisə martın 10-u saat 22 radələrində şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Belə ki, Ağcabədi şəhər sakini, 1997-ci il təvəllüdlü Rövşənoğlu Fəqan Rövşən oğlu idarə etdiyi “Hyundai” markalı olan avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra o, həmin avtomobillə yolu piyada keçmək istəyən Axundov Əliş Ələkbər oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır (report).