Kişi yoldaşını, qayınanasını və qaynını bıçaqladı

 21:25 11.03.2023     497

Yevlax rayonunda üç nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan şəxslərin bir ailənin üzvü olduqları bildirilir.

Məlumata görə, rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb. Onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır, ikisinin durumu stabildir. Bıçaqlanma ailə münaqişəsi zəminində baş verib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.