Biləsuvarda  YANĞIN

 09:30 12.03.2023     619

Biləsuvar rayonunun Bəydili kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının qamışdan ibarət tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.