Salyanda partlayış oldu - Xəsarət alan var

 21:43 12.03.2023     1216

Salyanın Yuxarı Noxudlu kəndində qızdırıcı cihazın partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

Redaktor.az xəbər verir ki, kənd sakini, 1987-ci il təvəllüdlü Həsənov Amid Əmrah oğlu öz evinin həyətində qızdırıcı cihazla ("primus"la - red) iş görərkən cihaz partlayıb.

A.Həsənov partlayış zamanı ağır yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən