Azərbaycanda oteldə gənc qadın öldü - YENİLƏNİB

 09:35 13.03.2023     2626

Tovuzda hoteldən qadın meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.

“Dərhal polis əməkdaşları və prokurorluq əməkdaşları hadisə yerinə gəlib. İkin araşdırmalara nəticəsində ölən şəxs 2003-cü il təvəllüdlü X.Tağıyevanın üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - DİN rəsmisi deyib.

***

Tovuz rayonunda fəaliyyət göstərən otellərin birində ölüm faktı qeydə alınıb.

Redaktor.az Report-a istinadla xəbər verir ki, Tovuz şəhərində yerləşən otellərin birində gənc qadın hələ məlum olmayan səbəbdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.