Astarada kişi keçmiş arvadını öldürdü
Astarada 30 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.
1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova keçmiş əri 1993-cü il təvəllüdlü Yusif Verdiyev tərəfindən kəsici deşici alətlə öldürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində tədbirlər görülür.