Arvadını qətlə yetirən tutuldu

 18:37 13.03.2023     501

Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Baş Prokurorluqdan Redaktor.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.

Qətli törətməkdə şübhəli bilinən şəxsin onun həyat yoldaşı 38 yaşlı Elşən Quliyev əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.