Bakıda yeniyetmə qız itkin düşdü

 18:42 13.03.2023     667

Bakıda gənc qız itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə martın 11-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Qasımova Fatimə Ağa qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində araşdırma aparılır.