Bakıda bahalı nömrəli maşında evli xanımlara sataşan peyda olub - VİDEO
Bakı şəhərində bahalı avtomobillə küçədən keçən cavan xanımlara əxlaqsız təkliflər edən şəxs peyda olub.
Redaktor.az xəbər verir ki, sözügedən şəxsin kimliyi hələlik məlum olmasa da, ancaq həmin adamın söz atdığı xanımlardan biri narahat edildiyi anın görüntülərini çəkə bilib.
Görüntülərdən də aydın olur ki, təqribən 50-55 yaşlı şəxs idarə etdiyi qara rəngli "10-CV-010" dövlət nömrə nişanlı bahalı Lexus" avtomobili ilə Bakı Slavyan Universitetinin qarşısından keçən 1 nəfər xanımın arxasınca düşərək, ona sataşır.
Xanım isə arxasınca düşən şəxsə "ailəliyəm" deyərək, öz narahatlığını bildirir.
Daha sonra isə həmin şəxs arxasınca düşüb izlədiyi xanıma "mən evli olub ayrılmışam, bəs sənin ayrılmaq fikrin yoxdur?", deyə sual verir (Demokrat.az).
Sözügedən görüntüləri təqdim edirik: