Bakıda elektrik hündürlükdən yıxıldı

 09:19 14.03.2023     336

Bakıda elektrik hündürlükdən yıxılıb.

Redaktor.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən şirkətlərin birinin zirzəmisində qeydə alınıb.

 

Orada elektrik kimi çalışan Yavər Səvrixanov hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.