Astarada keçmiş həyat yoldaşını öldürən saxlanıldı
Astarada qətl törətməkdə şübhəli bilinən şəxs Gəncədə həbs edilib.
Redaktor.az xəbər verir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Belə ki, mart ayının 13-də Astara rayon Maxşan kənd sakini, 1993-cü il təvəllüdlü G.Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.