Naxçıvanda maşın aşdı - Ölən var

 10:38 14.03.2023     374

Babək rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Badaşqan kəndi ərazisində baş verib.

1997-ci il təvəllüdlü Babək rayon Zeynəddin kənd sakini Elman Əsədovun idarə etdiyi "Daewo" markalı avomobil aşıb. Nəticədə, avtomobilin sürücüsü ölüb, sərnişin - 2001-ci il təvəllüdlü Zeynəddin kənd sakini Qasım Quliyev isə ağır xəsrət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.