Füzulidə ev yandı

 15:25 14.03.2023     1388

Füzulidə yanğın olub.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun 8 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları 90 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.