Bakıda DƏHŞƏT: 70 yaşlı müəllim özünü 9-cu mərtəbədən atdı - VİDEO
Bakıda 70 yaşlı coğrafiya müəllimi intihar edib. Hadisə az öncə Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.
Redaktor.az xəbər verir ki, "bizim.media"ya bu barədə qəsəbə sakinləri məlumat veriblər. Hadisə şahidlərinin sözlərinə görə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atan Zümrüd Səməd qızı Rəhimova uzun illər M.Mehdiyev adına 280 nömrəli məktəbdə coğrafiya fənnini tədris edib.
Özünü 9-cu mərtəbədən atan qadın 7-ci mərtəbədəki çıxıntıya ilişib, yarım saatdan çox orada qalsa da, sonradan yerə düşərək həyatını itirib.
Hadisə şahidləri tərəfindən olayın anbaan görüntüləri çəkilib.
Mərhumun qonşularının dediyinə görə Zümrüd Rəhimovanın qızı narkotik istifadəçisidir. Hadisə zamanı onun da evdə olduğu bildirilir.
Faktla bağlı araşdırma başlayıb.
Qeyd edək ki, Z.Rəhimova 4 il əvvəl təqaüdə çıxıb.