Ağır vəziyyətdə Bakıya gətirilən 14 yaşlı qız öldü

 10:10 15.03.2023     705

Martın 5-i Göyçay rayonunun Kürdəmiş kəndində dəm qazından zəhərlənən yeniyetmə qız Bakıdakı xəstəxanada vəfat edib.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 2009-cu il təvəllüdlü Zahidə Samir qızı Məmmədzadə tibbi müdaxilələrə baxmayaraq, martın 14-də dünyasını dəyişib.

Qeyd edək ki, Z.Məmmədzadə yaşadığı evdə hamam otağında dəm qazından zəhərlənib, ailə üzvləri onu huşsuz halda tapıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən