Bakıda çərşənbə tonqalı yanğına səbəb oldu - VİDEO

 15:07 15.03.2023     1006

Ötən gecə paytaxtda qalanan İlaxır çərşənbə tonqalı yanğına səbəb olub.

Redaktor.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində baş verib.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının digər ağaclara və geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.