Ağdamda iki nəfər minaya düşüb həlak oldu

 13:37 16.03.2023     562

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində yerli sakinlər mina partlayışı nəticəsində həyatlarını itiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Redaktor.az-a bildirilib ki, 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.