Biləsuvarda qadın polis şöbəsinin yaxınlığında özünü yandırmaq istədi
Bu gün səhər saatlarında Biləsuvarda rayon sakini Səidə Babayeva polis şöbəsinin yaxınlığında özünü yandırmağa cəhd edib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınaraq ona ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb.
Qadının intihara cəhd etməsinin səbəbi Cinayət Məcəlləsinin 152.1 (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə), 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən, məhkəmənin qərarı ilə həbs edilən oğlu, 2000-ci il təvəllüdlü oğlu Babək Babayevin dərhal azadlığa buraxılmasını istəməsi olub.
Araşdırmalar davam etdirilir.