Ağdamda ekskavator minaya düşdü

 14:56 18.03.2023     542

Ağdamda ekskavator minaya düşüb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.