Metro stansiyasının yaxınlığındakı məhəllə “dava meydanı”na çevrilib - VİDEO
“20 Yanvar” metro stansiyasının yaxınlığında yaşayan sakinlər mütəmadi səs-küydən, dava-dalaşdan şikayət edirlər.
Redaktor.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.
Videoda iddia edilir ki, “20 Yanvar” dairəsi yaxınlığında yerləşən binaların məhəllələri nəzarətsiz qalıb:
“Kimin nə problemi varsa, bu məhəllədə həll edir. Bağçanın həyətidir. Gecə saat 2-3 oldu, burada qrup kimi toplaşıb başlayırlar. Söyüş söyürlər, mübahisə edirlər. Nəzarət yoxdur buralara”.
“20 Yanvar” metro stansiyasının yaxınlığında tez-tez dava-dalaş müşahidə edilən məhəllə polis tərəfindən nəzarətə götürülüb.
Oxu.az-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.