Cəlilabadda 8 aylıq hamilə qadın öldü
Cəlilabad rayonunda 8 aylıq hamilə qadın ölüb.
Redaktor.az xəbər verir ki, halı pisləşən rayon sakini, K.Qənbərova rayon xəstəxanasına gətirilib.
Lakin onun artıq öldüyü məlum olub.
Qadının ölüm səbəbi hələlik məlum deyil.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.