Qadın “Niva” ilə anasını vurub öldürdü

 11:57 20.03.2023     767

Balakən rayonunda maşınla vurulan qadın vəfat edib.

Redaktor.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl olub. 

Belə ki, Balakən rayonunun Talalar kənd sakini Aygün Qarayeva yaşadığı evin həyətində “Niva” markalı avtomobili idarə etdiyi zaman ehtiyatsızlıqdan anası, 1964-cü il təvəllüdlü Məlahət Qarayevanı vurub. 

Onun vəziyyəti ağır olduğundan Respublika Klinik Xəstəxanasına göndərilib və bir neçə gündən sonra orada dünyasını dəyişib.