Aptekə dərman almağa gələn qəfildən öldü

 13:08 21.03.2023     512

Kürdəmirdə aptekdən dərman almaq istəyən 60 yaşlı kişi ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən apteklərdən birində qeydə alınıb.

Belə ki, rayonun Şahsevən kənd sakini 1963-cü il təvəllüdlü Baxşıyev İlqar Əli oğlu aptekdən dərman almaq istəyərkən anidən halı pisləşib.

Ətrafdakı insanlar onu dərhal xəstəxanaya aparmaq istəyiblər. Məlum olub ki, İ.Baxşıyev vəfat edib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Hazırda fakt araşdırılır.