Azərbaycanda dəhşətli qəza - Bir ailənin 5 üzvü...

 22:25 21.03.2023     591

Ağdaşın Ləki qəsəbəsindəki avtomobil qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində bir ailənin 5 üzvü - 1998-ci il təvəllüdlü Məmmədyarova Reyhan Süleyman qızı, 2021-ci il təvəllüdlü Məmmədyarova Yağmur Həsrət qızı, 1953-cü il təvəllüdlü Məmmədyarova Zemfira Telli qızı, 2009-cu il təvəllüdlü İsmiyeva Sevinc Əhməd qızı, 2017-ci il təvəllüdlü Məmmədyarov Oktay Həsrət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların vəziyyətləri orta-ağırdır, müşahidə altında saxlanılırlar.

Faktla bağlı araşdırma aparılır (apa).