Qubada avtomobil piyadanı vuraraq öldürdü

 11:17 22.03.2023     305

Quba rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Redaktor.az report-a istinadla xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Firuz Heydərov idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə yolu keçmək istəyən rayon sakini 1941-ci il təvəllüdlü Hacağa Babaliyevi vurub.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.