Maşın ağaca çırpıldı, sürücü öldü

 13:03 22.03.2023     635

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, rayon sakini Yadigar Tofiqoğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü Y.Tofiqoğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.