Köməksiz qalan azyaşlı xilas edildi

 14:54 22.03.2023     911

Naxçıvan şəhərində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının xilas olunması təmin edilib.