Şəkidə ev yandı

 18:16 22.03.2023     1233

Şəki şəhərində ümumi sahəsi 240 m² olan kürsülü, birmərtəbəli, 3 otaq və aynəbənddən ibarət evin (yaşayış olmayan) yanar konstruksiyaları və ev əşaları yanıb.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb (apa).