Tovuzda 20 yaşlı oğlan xəstəxanada öldü
Tovuzda xəstəxanaya gətirilən 20 yaşlı gənc orada ölüb.
Redaktor.az xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, martın 22-də 2003-cü il təvəllüdlü Tunar Cəfərov Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə “dəqiqləşdirilməmiş koma” diaqnozu ilə daxil olub və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.