Şabranda 8 otaqlı evdə güclü YANĞIN

 17:01 23.03.2023     564

Şabran rayonunun Uzunboyad kəndində ümumi sahəsi 160 m² olan, ikimərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 65 m² sahədə yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.