60 yaşlı qadın özünü asdı

 23:45 23.03.2023     559

İsmayıllıda 60 yaşlı qadın intihar edib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, rayonun Əhən kənd sakini, 1963-cü il təvəllüdlü Nağıyeva Zabitə Behbud qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Qadının özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.