İranda baş verən zəlzələ Naxçıvanda da hiss olundu - YENİLƏNİB

 08:59 24.03.2023     422

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Redaktor.az-a bildirilib ki, yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss edilib.

***

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,6 maqnitudalı zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların episentri 7 kilometr dərinlikdə olub.

Zəlzələ Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss edilib.