Bərdədə piyadanı maşın vurub öldürdü

 11:41 24.03.2023     326

Bərdədə ölümlə nəticələnən yol qəzası olub.

Redaktor.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Ərşadlı İsmayıl Müsləddin oğlu idarə etdiyi “Khazar SD” minik markalı avtomobillə 1997-ci il təvəllüdlü Əmirov İsrayıl Asif oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Bərdə RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq olunur (apa).