Paytaxtda 15 yaşlı qız itkin düşdü

 12:10 24.03.2023     452

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivi, nömrəsiz evdə yaşayan 15 yaşlı qız itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə onun anası Nailə Hüsyenova Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verib.

O bildirib ki, 2008-ci il təvəllüdlü övladı Hüseynova Gülnarə Mirəli qızı martın 22-də xəbərsiz itkin düşüb.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PB-də araşdırma aparılır.