Qubada əməliyyatlar zamanı 2 nəfər saxlanıldı

 13:14 24.03.2023     1255

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən Cavid Qarayev və Həzrət Vahabov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 1,3 kiloqram narkotik vasitə olan marixuana və heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba  RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.