Azərbaycanın daha bir rayonunda zəlzələ oldu
Azərbaycanın daha bir rayonunda 4 maqnitudada zəlzələ olub.
Redaktor.az xəbər verir ki, bu gün yerli vaxtla saat 12:27 radələrində Şəmkirdə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar hiss olunmayıb.
Xatırladaq ki, bu gün İsmayıllı rayonunda da zəlzələ qeydə alınıb.