Bakıda “Mercedes” ticarət mərkəzinə girdi - FOTO

 11:08 25.03.2023     1579

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Mirzağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində “Mercedes-Benz” markalı avtomobillər toqquşublar.

Məlumata görə, toqquşan maşınlardan biri yaxınlıqdakı ticarət mərkəzinin vitrinini dağıdıb. Yol kənarındakı dəmir məhəccərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib (oxu.az).