Sumqayıtda  YANĞIN

 18:08 26.03.2023     341

Sumqayıt şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 15 m² sahədə yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.