Bayram günlərində yol qəzalarında ölənlərin sayı AÇIQLANDI
Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.
Bu barədə Redaktor.az-a Baş Dövlət Yol Polisi İdarəsinin məlumat verilib.
Bildirilib ki, martın 20-dən 25-dək avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər həlak olub.
"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 3-ü piyadavurma, 2-si maneəvurma və 2-i aşmadır. Ötən il Novruz tətili günlərində 14 nəfər yol qəzasında ölmüşdü, bu il isə 7 nəfər vəfat edib. Bu da 50 faiz azalma deməkdir", - məlumatda qeyd olunub.