Azərbaycanda 8 yaşlı uşağın meyiti tapıldı

 21:12 28.03.2023     1830

Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət Əlisəfa oğlunun meyiti yol kənarında aşkar edilib. Azyaşlının naməlum avtomobil tərəfindən vurulduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır (report).