Bakı-Qazax yolunda qəzada ölən var

 23:39 28.03.2023     849

Bakı-Qazax yolunda iki avtomobil toqquşub, ölən var.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində "Hyundai" və "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2106" avtomobilin sürücüsü aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.