Şəkidə xəstəxana binası yanır

 21:05 29.03.2023     730

Keçmiş Şəki Rayon Uşaq Xəstəxansının inzibati binası yanır.

Redaktor.az xəbər verir ki, axşam saat 19:36 radələrində Şəki şəhəri M. F. Axundov küçəsində hazırda fəaliyyət göstərməyən Şəki Rayon Uşaq Xəstəxansının inzibati binası yanır.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır (apa).